|
|
|
|

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror təşkilatının iki üzvü öldürülüb.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.



