|
|
|
|

Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul və Seulda olan Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Şimali Koreyanın Rusiyaya dəstək olaraq Ukraynaya əsgər göndərdiyi iddiaları ilə bağlı birgə açıqlama verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, “Biz Şimali Koreyanın qeyri-qanuni silah tədarükünü davam etdirməsini və Moskvanın Ukraynadakı qeyri-qanuni müharibəsini dəstəkləmək üçün Rusiyaya qoşun göndərməsini qəti şəkildə pisləyirik”, - deyə bəyanatda bildirilib.
Bəyanatda: “Rusiyanın əsgər və silah göndərilməsi müqabilində Şimala nə təmin etdiyinə nəzarət edildiyi” və Moskvanın nüvə və ya ballistik raket texnologiyalarının Pxenyana mümkün transferindən “dərin narahat olduqları”", - qeyd edilib.
Malik Atilay



