|
|
|
|

Nideriya Aerokosmik İnkişaf Nazirliyinin sözçüsü Odutayo Oluseyi verdiyi yazılı açıqlamada, içərisində 8 nəfərin olduğu helikopterin Rivers əyalətinin paytaxtı Port Harkortdan havaya qalxdıqdan sonra Bonni Finima yaxınlığında Atlantik okeanına düşdüyünü bildirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Oluseyi hadisə nəticəsində 3 nəfər öldüyünü, 5 nəfərin isə yaralandığını bildirib.
Bölgəyə yanğınsöndürmə briqadaları sövq edildiyini deyən Oluseyi hadisə ilə bağlı araşdırma başlandığını qeyd edib.
Malik Atilay



