ABŞ administrasiyası əvvəlki kimi Ukraynaya hərbi yardım göstərə bilməyəcək.
525.az xəbər verir ki, bu barədə "The Economist" nəşri mənbəyə istinadən məlumat yayıb.
"Mən sadəcə olaraq kifayət qədər yardım göstərəcəyimizə əmin deyiləm. ABŞ-ın artıq Ukraynaya verəcəyi bir şey yoxdur", - mənbə bildirib.
Bundan əvvəl Polşa prezidenti Anjey Duda əvvəlki həcmdə yardım göstərmək gücündə olmadıqlarını bəyan edib. Prezident deyib ki, Varşava Kiyevə ehtiyac duyduğu qədər silah və texnika tədarük edə bilməyəcək.
Pərvanə Sultanova