Mərakeş Kralı VI Məhəmməd Rabatdakı Kral Sarayında bu ölkədə dövlət səfərində olan Fransa prezidenti Emmanuel Makronla görüşdə tərəfdaşlıq və gələcək illər üçün strateji yol xəritəsi çərçivəsində iki ölkə arasında güclü münasibətlərin yeni dövrünə keçidi müzakirə ediblər.
525.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçıları bu yenilənmiş tərəfdaşlıq vasitəsilə Mərakeş və Fransa arasında mövcud olan mükəmməl çoxşaxəli münasibətlərə həlledici təkan verməyi, hər iki ölkənin ambisiyalarını nəzərə almağı və beynəlxalq inkişaflar və çağırışlarla birgə mübarizə aparmaq niyyətindədirlər.
Müzakirələrdə, həmçinin regional və beynəlxalq məsələlərə də toxunulub. Onlar Avro-Aralıq dənizi, Afrika və Atlantik proyeksiyasını gücləndirmək üçün birgə fəaliyyət prosesində çalışmağa, rifahı, insan və dayanıqlı inkişafı təşviq etməyə razılaşıblar. Bugünkü sosial-iqtisadi və ekoloji çağırışlara cavab verərək, bütün region üçün daha sabit, dayanıqlı və firavan bir gələcək qurmaq məqsədilə Aralıq dənizinin iki sahili arasında tərəfdaşlığın dərinləşdirilərək yenilənməsinin vacibliyini vurğulayıblar.
Kralın Orta Şərqdə sülh naminə Əl-Qüds Komitəsinin sədri kimi konstruktiv rolunu yüksək qiymətləndirilib. Qəzza və Livanda hücumların dərhal dayandırılmasına çağıraraq, mülki vətəndaşların qorunmasının prioritet olduğu vurğulanıb. Kifayət qədər humanitar yardımın çatdırılmasının təmin edilməsi və asanlaşdırılmasının vacibliyini qeyd edilib, eyni zamanda regional qarşıdurmaya son qoyulması tələb olunub. Onlar 4 iyun 1967-ci il sərhədləri çərçivəsində Şərqi Qüdsü paytaxtı olan müstəqil Fələstin Dövləti ilə iki dövlətli həll çərçivəsində sülh prosesinin təcili şəkildə bərpası zərurətini xatırladıblar.
Pərvanə Sultanova