Fransa prezidenti Emmanuel Makronu ölkə əhalisinin yalnız 17 faizi dəstəkləyir.
525.az xəbər verir ki, bu barədə “Figaro Magazine” “Verian-Epoka” kompaniyasının araşdırmasına istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu, Makronun 2017-ci ildə prezident seçilməsindən sonra ona ən aşağı dəstək səviyyəsidir.
“Respondentlərin 78 faizi dövlət başçısının fəaliyyətindən narazıdır. Makrona olan dəstək “sarı jiletlilər” böhranının zirvəsində olduğundan daha zəifdir”, - deyə araşdırmada qeyd olunub.
Müəlliflər Makronun populyarlığının aşağı düşməsini iyunda parlamentin buraxılması ilə əlaqələndirirlər.
İbrahim Cəfərov