|
|
|
|

“Ukrayna Amerika Konqresinin səs verdiyi yardımın yalnız onda birini alıb”.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“Əgər sizdə artıq səs verilmiş bütün paketin cəmi on faizi varsa, bu, gülməli deyil”, - deyə Ukrayna lideri bildirib.
Zelenskinin qeyd etdiyi kimi, Ukrayna Silahlı Qüvvələrinin hərbi əməliyyatları Qərbdən gələn maliyyə və silahlara hesablanmışdı.
Qeyd edək ki, buna qədər “The Economist” jurnalı Vaşinqtonun Kiyevə dəstəyinin təfərrüatlarından xəbərdar olan mənbəyə istinadən yazıb ki, ABŞ ciddi riskləri göz önünə alaraq Ukraynaya daha hərbi yardım göstərə bilməyəcək.
Bundan əlavə, “The Washington Post” qəzeti yazıb ki, Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində çarəsiz şəkildə müdafiə xəttini saxlamağa çalışır, lakin mövqelər itirilir.
“Qələbəyə olan ümidlər tükənir”, - deyə “The Washington Post”un materialında qeyd olunub.
İbrahim Cəfərov



