|
|
|
|
İngiltərədə cinayətkar həbsxanadan kombinezon və balqabaqdan istifadə etməklə qaça bilib.
525.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı Aaron Vud kombinezonun içinə pal-paltar doldurub. Balqabaq isə onun başını "əvəzləyib".
Bu yolla kamera yoldaşı və mühafizəçilərə özünü yatmış kimi göstərərək əvvəldən hazırladığı plan üzrə "Linkolnşir" həbsxanasından qaçıb.
Aaronun kamerada olmamasından ilk xəbər tutan kamera yoldaşı olub. O, mühafizəçiləri bu barədə məlumatlandırdıqdan sonra Vudun axtarışları başlayıb.
Cinayətkar 2 gün sonra ələ keçib. Tutulan zaman üzərindən bıçaq çıxan Vud indi daha ciddi mühafizə olunacaq.
Qeyd edək ki, Aaron Vud "karyerasında" 29 cinayət törədib. Sonuncu əməlinə görə ömürlük həbs cəzasına məhkum edilib.
L.Tağıyeva