|
|
|
|
Ukraynanın cənubunda, Odessada partlayış səsləri eşidilir.
525.az xəbər verir ki, bu barədə “Novosti Live” məlumat yayıb. Bildirilir ki, hazırda Odessa vilayətində hava hücumu xəbərdarlığı elan edilib.
“Ukrinform” da şəhərdə partlayışlar barədə məlumat yayıb. Lakin detallar barədə hələlik informasiya yoxdur.
Az əvvəl “Strana” nəşri də Odessada partlayışlar olduğu barədə yazıb. Regionun rəhbəri Oleq Kiper özünün teleqram kanalında Belqorod-Dnestryanı bölgəsinin sakinlərini sığınacaqlarda qalmağa çağırıb.
İbrahim Cəfərov