Tanınmış aktyor və Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarsnegger ABŞ prezidentliyinə seçkilərdə dəstəkləyəcəyi namizədin adını açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun seçimi Kamala Harrisdən yana olub.
“Mən prezident seçkilərində Kamal Harrisə, vitse-prezident kimi isə Tim Uoltsa (demokratların namizədi - red.) səs verəcəyəm”, - deyə Arnold Şvarsnegger bildirib.
Keçmiş qubernator əlavə edib ki, prezidenliyə digər namizəd Donald Tramp amerikalıların problemlərini həll edə biləcək gücdə deyil.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
İbrahim Cəfərov