|
|
|
|

Avropa İttifaqı olmadan da yaxşı yaşaya biləcək Gürcüstanın Avropaya inteqrasiyası ilə bağlı problemlər Tbilisi ilə əlaqəli deyil. Fakt budur ki, təşkilat Brüsselin namizəd ölkənin hökumətini “sevməsindən” asılı olmayaraq, heç kimi qəbul etməyə hazır deyil.
525.az xəbər verir ki, bu barədə Macarıstanın Baş nazirinin ofis rəhbəri Gergely Gulyas deyib.
Bir gün əvvəl Avropa Komissiyası illik genişlənmə tədbirləri paketini qəbul edib, digər məsələlərlə yanaşı, Gürcüstan hakimiyyətinin fəaliyyət kursunun Aİ-nin əsasını qoyduğu dəyər və prinsiplərə zidd olduğu və bunun de-fakto ölkənin Avropaya inteqrasiya prosesini dayandırdığı bildirilir.
“Problem ondadır ki, Aİ-yə üzvlüyə hazır olmayan namizədlər deyil, qurum özü yeni üzv ölkələri qəbul etməyə hazır deyil... Doğrudan da, Gürcüstanı indi Aİ-də sevmirlər, gürcülər bununla, yəqin ki, Brüsseldə istədiklərindən də yaxşı yaşaya bilərlər. Amma bunun heç bir əhəmiyyəti yoxdur, çünki sevilənlər də Aİ tərəfindən qəbul edilmir”, - rəsmi bildirib.
Onun sözlərinə görə, Qərbi Balkanlar kimi digər Aİ-yə namizəd ölkələr uzun müddətdir ki, öz növbələrini gözləyirlər: “İcma onlarla 1980-ci illərdə Bolqarıstan və Rumıniya və ya İspaniya və Portuqaliya kimi davranslydı, qəbul edə bilərdi. Lakin Avropa İttifaqıindi genişlənməyə qətiyyən hazır deyil”.
Pərvanə Sultanova



