Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərində saxtakarlığa dair sübutlar təqdim etməli və ya beynəlxalq media qarşısında dedi-qodu etdiyini və xalqın nüfuzuna xələl gətirdiyini deməlidir.
525.az xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Parlament seçkilərindən sonra Zurabişvili deyib ki, seçkilərdə total saxtakarlıq olub və onun “yuyulması” üçün müasir texnologiyalardan istifadə olunub. Onun sözlərinə görə, bir sənədlə təxminən 17 dəfə səs vermək olar.
“Qoy desin ki, o, beynəlxalq mətbuat qarşısında dedi-qodu edib, gürcülərin reputasiyasına zərbə vurub, yaxud sübutlar təqdim etsin”, - Papuaşvili bildirib.
O vurğulayıb ki, Gürcüstan prezidenti birbaşa konkret ittiham irəli sürüb: “Zurabişvili deyib ki, seçkilər zamanı qanun pozuntuları olub. Konkret olaraq, bir şəxsiyyət vəsiqəsi ilə 17 dəfə səs verilib. blər. Zurabişvilinin prokurorluğa çağırılmaslna verdiyi cavab onun əsas hüquqi məsələləri başa düşmədiyini göstərir”.
Oktyabrın 30-da keçirdiyi brifinqdə xanım prezident bildirib ki, bütün “normal ölkələrdə” istintaq orqanı prezidentdən bunu istəməməli, özü dəlil tapmalıdır.
Pərvanə Sultanova