|
|
|
|
ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi ayıracaq.
525.az "Report"-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken təfərrüatlara varmadan açıqlayıb.
Diplomat Vaşinqtonda ABŞ və Koreya Respublikasının xarici siyasət və hərbi idarə rəhbərlərinin iştirakı ilə “2+2” formatında danışıqların yekunları üzrə birgə mətbuat konfransında deyib:
“Biz Ukraynaya hərbi dəstək göstərməkdə davam edirik. Yaxın günlərdə əlavə addımlar barədə məlumat verəcəyik”.