|
|
|
|

Beyrutun cənub ətrafına yenidən hücumlar İsrailin atəşkəsdən imtina etdiyini göstərir.
525.az xəbər verir ki, bu barədə Livanın baş naziri səlahiyyətlərini icra edən Nəcib Mikati bəyan edib.
“İsrailin bütöv şəhər və kəndlərin boşaldılması ilə bağlı əhalini dəfələrlə təhdid etməsi, eləcə də Beyrutun cənub ətrafına dağıdıcı hücumların bərpası atəşkəsi təmin etmək üçün göstərilən bütün səylərə məhəl qoymadığını təsdiqləyən əlamətlərdir”, - o bildirib.
İsrail Müdafiə Qüvvələri səhər saatlarında Beyrutun cənub ətrafına bir sıra hücumlar həyata keçirib. Məlum olub ki, bunlar həftə zərbələrdir.
Bundan əvvəl, oktyabrın 30-da İsrail Hərbi Hava Qüvvələri Livanın şərqindəki Bekaa vadisində Hizbullah hərəkatının anbarlarına hücum edib. Nəticədə 11 nəfər həlak olub, 55 nəfər yaralanıb.
Pərvanə Sultanova



