|
|
|
|

Almaniya Rusiyanın ucuz enerji resurslarından və böyük Çin bazarından asılı vəziyyətə düşüb, buna görə də ölkə bu asılılığı hər cür azaltmaq istəyir.
525.az xəbər verir ki, bu barədə Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek bildirib.
“Almaniya Rusiyadan gələn ucuz qazdan və daim yüksələn Çin bazarından hədsiz dərəcədə asılı idi. Ölkə indi bu cür “həddindən artıq asılılığın” əvəzini öz rəqabət qabiliyyəti ilə ödəyir. Berlin Çin bazarından asılılığı azaltmaq, “investisiyalarını genişləndirmək” üçün iqtisadi siyasət yürütmək niyyətindədir”, - vitse-kansler əlavə edib.
Bundan əvvəl Almaniya Bundestaqın deputatı, parlamentin enerji və iqlimin mühafizəsi komitəsinin üzvü Şteffen Kotre bildirib ki, hazırkı qaz tədarükü Almaniyaya Rusiya yanacağına ödədiyi vəsaitdən qat-qat baha başa gəlir. Onun sözlərinə görə, Almaniya indi tədarük üçün “üç-dörd dəfə” artıq pul ödəyir, baxmayaraq ki, ABŞ-dan frekinq yolu ilə çıxarılan qaz Almaniyanın ekoloji standartlarına cavab vermir.
Pərvanə Sultanova



