|
|
|
|
Nigeriya ordusu bir həftə əvvəl başlayan anti-terror əməliyyatı zamanı azı 187 yaraqlını zərərsizləşdirib, daha 262 nəfəri əsir götürüb.
525.az-ın məlumatına görə, bu barədə Nigeriya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi general-mayor Edvard Buba bildirib.
"Hərbi qulluqçularımız azı 187 terrorçunu öldürüb və daha 262 nəfəri əsir götürdü", - “Sinxua” agentliyi ondan sitat gətirib.
"Bunlar terrorçulara qarşı uğurlu hücumumuzun nəticəsidir”, - nümayəndə əlavə edib.
Habu Doqo kimi tanınan terrorçu lideri Əbubəkir İbrahim ölkənin şimal-qərbindəki Sokoto əyalətinin kəndlərindən birində yaxalanıb.
Doqo sərhədin hər iki tərəfində reydlər keçirərək Nigeriyada və qonşu Nigerdə ən çox axtarılan şəxslərdən idi.
Ekspertlərin fikrincə, Nigeriya Silahlı Qüvvələrinin səyləri əsasən 2002-ci ildə ölkənin şimalında yaranmış terror təşkilatı “Boko Haram”la mübarizəyə yönəlib. 2015-ci ildə Nigeriya Silahlı Qüvvələri “Boko Haram”ı ağır məğlubiyyətə uğradıb və onun nəzarətində olan əraziləri xeyli azaldıb (Report).