|
|
|
|

ABŞ səhiyyə rəsmiləri 90 nəfərin xəstələnməsinə səbəb olan "E. coli" epidemiyasının mənbəyinin McDonald's restoranlarında istifadə edilən doğranmış soğan olduğunu açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) "McDonald's Quarter Pounder və bəzi digər menyularda istifadə edilən təzə doğranmış soğan bu epidemiyanın mənbəyidir" deyib.
Sözügedən soğanların Taylor Farms tərəfindən tədarük edildiyi və şirkət tərəfindən könüllü olaraq geri çağırıldığı bildirilib.
McDonald's da bu soğanları menyularından çıxarıb.
Epidemiya səbəbiylə ABŞ-nin 12 ştatında restoranlarda müvəqqəti olaraq menyudan çıxarılan bu hamburgerlərə görə Koloradoda 90 nəfər xəstələnib, 27 nəfər xəstəxanaya yerləşdirilib, bir nəfər isə dünyasını dəyişib.
Bazar günü McDonald's "E. coli" testinin nəticələri mənfi çıxdıqdan sonra Quarter Pounder satışlarını bərpa edəcəyini açıqlayıb.
Malik Atilay



