|
|
|
|

Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkənin Hubey əyalətinin Syaoqan şəhərində Xalq Azadlıq Ordusunun Hava Desant Korpusuna baş çəkib.
525.az bu barədə Çin mətbuatına istinadən xəbər verir.
Qeyd edilib ki, ölkə lideri qoşunların təlimini və onların döyüş hazırlığını hərtərəfli gücləndirməyə, hava-desant qoşunlarının döyüş qabiliyyətini artırmağa, güclü və modernləşdirilmiş hava-desant qüvvələrinin yaradılması üçün səy göstərməyə çağırıb.
Pərvanə Sultanova



