|
|
|
|

Ötən şənbə-bazar Alp dağlarının İtaliya hissəsində 4 alpinist həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, həlak olanların adları və vətəndaşlıqları açıqlanmasa da, onlardan üçünün kişi, birinin isə qadın olduğu məlumdur.
Faciələr Veneto, Trentino və Pyemonte bölgələrində baş verib.
Qeyd edək ki, alpinistlərin hamısı müxtəlif səbəblərdən hündürlükdən yıxılıblar.
L.Tağıyeva



