|
|
|
|

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkidə qələbə üçün lazım olan 270 səsdən artıq 267-sini toplayıb.
525.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
“Proqnozlaşdırılır ki, Tramp mübahisəli Pensilvaniya ştatında da qalib gələcək. İndi seçkidə qələbə qazanmaq üçün onun 3 səsə ehtiyacı var”, - deyə telekenal bildirib.
Qeyd edək ki, Pensilvaniya ştatında da qələbə qazansa, ikinci dəfə prezident seçilmək üçün Trampa “tərəddüd edən” ştatlardan yalnız birində - Arizona, Viskonsine, Miçiqan və ya Nevada - qalib gəlmək kifayət edəcək.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Hazırda səslərin hesablanması davam edir. Trampla yanaşı, Kamala Harris də prezidentliyə namizəddir.
İbrahim Cəfərov



