|
|
|
|

Donald Trampda prezident seçkilərində qələbə qazandığını bəyan edib.
525.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Tramp Floridada tərəfdarları qarşısında çıxışı zamanı qələbəsini elan edib.
O, həmçinin bildirib ki, Cey Di Vens ABŞ-nin yeni vitse-prezidentidir.
“Biz ölkəmizin indiyə qədər görmədiyi ən inanılmaz siyasi qələbəyə nail olduq”, - deyə Tramp bildirib.
Qeyd edək ki, Viskonsine ştatında qələbə qazanmaqla Trampın topladığı səslərin sayı 277-yə çatıb. Seçkidə qalib olmaq üçün isə 270 səs kifayət edirdi.
İbrahim Cəfərov



