Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova məktub ünvanlayıb.
Nazirlər Kabinetindən 525.az-a verilən xəbərə görə, məktubda deyilir:
“Gürcüstanda keçirilmiş parlament seçkilərində əldə olunmuş qələbə münasibətilə göndərdiyiniz təbrikə və xoş arzulara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək Gürcüstanla Azərbaycan arasında möhkəm tərəfdaşlıq əlaqələrini daha da gücləndirmək üçün hazır olduğumuzu bir daha təsdiqləmək istəyirəm. Ölkələrimiz arasındakı strateji münasibətlər regionda sülh və sabitlik üçün olduqca əhəmiyyətlidir və inanıram ki, birgə səylərimizlə, bütün sahələrdə gələcək əməkdaşlığımız daha da möhkəmlənəcəkdir”.