Serbiyanın Novi-Sad şəhərinin minlərlə sakini bir neçə gün əvvəl şəhər vağzalında baş verən faciə ilə bağlı etiraz aksiyası keçirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar şəhər adminstrasiyasının binasını qırmızı rəngə boyayıblar.
Bundan başqa onlar kanalizasiya tullantıları yığan avtomobili binanın girişinə sürərək tullantılarla oranı korlayıblar.
Nümayişçiləri baş nazir Miloş Vuçeviç və Novi-Sad meri Milan Curiçin istefasını, həmçinin, vağzalın rekonstruksiyasında məsul olan şəxslərin həbs edilməsini tələb ediblər.
Yeri gəlmişkən, həftəsonu paytaxt Belqrad da bənzər aksiyanın keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, noyabrın 1-də Novi-Sad vağzalında beton çardağın uçması nəticəsində 14 nəfər həyatını itirib. 1964-cü ildə quraşdırılan çardağın dağılmasına səbəb kimi onun baxımsız qalması göstərilir.
L.Tağıyeva