MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin noyabrın 7-də keçiriləcək 12-ci görüşündə Birlik ölkələrinin əməkdaşlığına təhdidlərlə bağlı geniş məsələlər müzakirə ediləcək.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
"Gündəlik ənənəvi olaraq zəngindir. Bir çox məsələləri müzakirə edəcəyik. Bunlar təbii ki, MDB çərçivəsində gələcək əməkdaşlığımızın inkişafına hibrid müqavimət, eləcə də təhlükəsizliklə bağlı məsələlərdir", - o bildirib.