|
|
|
|

"Yunona" kosmik aparatı Yerə indiyə kimi Yupiterin ən dəqiq fotolarını göndərib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, fotolar aparatın Günəş sisteminin ən böyük planeti Yupiterə 66-cı yaxınlaşması zamanı çəkilib.
Bundan başqa "Yunona" Yupiterin 112 təbii peykindən böyüklüyünə görə 5-ci olan "Amalteya"nın da yeni şəkillərini çəkib.
Qeyd edək ki, "Yunona" 2011-ci ildə NASA tərəfindən buraxılıb və 5 il sonra 2,7 milyard km qət edərək, Yupiterə çatıb. 2016-cı ildən bu yana planet və onun peykləri haqqında qiymətli məlumatlar toplayır.
L.Tağıyeva



