|
|
|
|

Panamada sərnişinlərdən biri təyyarə havada ikən qapını açmaq istəyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin ekipajı vaxtında reaksiya göstərərək onu zərərsizləşdirə bilib.
Hadisə Braziliyadan Panamaya uçan "Copa Airlines" aviaşirkətinə məxsus təyyarədə baş verib.
Enişə az qalmış adı açıqlanmayan sərnişin stüardessalardan birini girov götürərək qapını açmağa cəhd edib. Ekipaj üzvləri digər sərnişinlərin köməyilə onu zərərsizləşdirərək oturacaqların birinə bağlayıblar.
Aviaşirkət rəhbərliyi faciənin qarşısını aldıqlarına görə ekipaj üzvlərinə və sərnişinlərə minnətdarlığını bildirib.
Qeyd edək ki, təyyarə "Tokumen" hava limanına enən kimi dəcəl sərnişin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

L.Tağıyeva



