|
|
|
|

İspaniyanın Alxares limanında polis banan qutularında 13,062 ton kokain aşkarlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, narkotik maddə ölkəyə Ekvadordan gətiribmiş.
Polis aşkarlanmış kokainlə bağlı 5 yerdə axtarış aparıb, 1 nəfər şübhəli həbs olunub.
Ölkəyə banan ixrac edən şirkətin 2 meneceri isə axtarışa verilib.
Yeri gəlmişkən, ələ keçirilmiş kokain həcminə görə ölkədə müsadirə olunan ən böyük, Avropada isə ikinci narkotik maddə partiyasıdır.
L.Tağıyeva



