|
|
|
|
Azərbaycanın Qarabağ Zəfərinin 4-cü il dönümü münasibətilə Tiranada Azərbaycan Səfirliyinin dəvətilə gerçekləşən, Azərbaycan Respublikasının Əməkdar artisti Turan Manafzadənin verdiyi konsertdən sonra Albanianın Azərbaycandakı keçmiş səfiri Genci Mucaj Turan Manafzadə haqqındakı təəssüratlarını paylaşıb.
“Klassik musiqi dünyası, yeni bir istedad gücüylə onurlandırılır: Azərbaycanlı gənc və istedadlı dirijor, bəstəkar, pianist və vokalist Turan Manafzadə. 1991-ci ildə Bakıda anadan olan Manafzadə, atası Azərbaycan Respublikasının Əməkdar artisti, məşhur pianoçu İslam Manafovun öndərliyində həyatını sənətə həsr etmiş bir ailənin irsini daşıyır. Bənzərsiz istedadları, onu həm pianist həm də dirijor olaraq parıldadığı qlobal klassik səhnədə önəmli bir şəxs halina gətirdi.
Bu qədər gənc olmasına baxmayaraq Manafzadə, dünyanın tanınmış musiqiçiləri ilə bir arada adı çəkilə biləcək iddialı bir öz keçmişə sahibdir. Dünyanın fərqli ölkələrində səhnə alaraq, Azərbaycan musiqisini dünya izləyicisi ilə bir araya gətirməkdədir. Həm də beynəlxalq müsabiqələr laureatı kimi sənətinə olan bağlılığı, qürurlu sənətçi varlığının, dinləyicilər üzərində qalıcı bir etki buraxdığı zallarda övgülər almasını nədən olmaqdadır.
Manafzadənin musiqisini dinləmək, hüzur dolu bir səyahətə çıxmağa bənzəyir. Piano ifası, sakit və zərafətlə axan səssiz bir gölün yumuşaq dalğalanmasına bənzəyir. Səsi, hüzurverici xəfif bir əsinti kimi, sakitləşdirici bir rəngə sahibdir. Piano ustalığı ve vokal ifasının birləşimi, dinləyicilərə həm ilham verən həm də onları düşündürən dərin bir duyğusallıq yaradır.
Turan Manafzadənin vətənsevərliyi yaradıcılığında parlaq bir şəkildə özünü əks etdirir. O, hər bir notada Azərbaycan ruhunu daşıyan və ana vətənini dünya səhnəsində qürurla təmsil edən bir mədəniyyət elçisidir. Repertuarında Chopin, Mozart ve Debussy kimi böyük klassik bəstəkarların yanında, Azərbaycanın zəngin xalq musiqisinə ustalıqla keçid edir. Dünya klassik musiqi ənənəsini ölkəsinin musiqisinin duyğusallığı ilə sintezləmə istedadı, dinləyicilərə Azərbaycanın qəlbinə əvəzsiz bir baxış fürsəti verir.
Klassik musiqi dünyası, keçmişi ve bu günü bir-birinə bağlayan, Azərbaycan mədəniyyətinin gözəlliyini beynəlxalq izləyiciyə daşıyan fövqəladə bir istedad olaraq Turan Manafzadəni qazandı. Bu eşq və vətən sevərliklə bəslənən musiqiçiliyi, sənətinə olan bağlılığının ve ölkəsinə olan sevgisinin bir sübutudur. Yüksəlməyə davam edərkən, yalnız yeni nəsil klassik musiqiçi kimi yox, eyni zamanda canlı bir mədəni gücü də təmsil edir və Azərbaycanın yerini mümkün olan ən melodik şəkildə xəritədə göstərir”.