|
|
|
|

Rusiyada məhkəmə Amerika vətəndaşı Gen Spectoru "casusluq" ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Moskva Şəhər Məhkəməsində keçirilən iclasda tibbi cihaz təchizatçısı "Medpolimerprom" şirkətinin keçmiş meneceri Spector casusluqda təqsirli bilinib.
Məhkəmə tərəfindən Spector 15 il həbs və 14 milyon rubl (təxminən 140 min dollar) cərimə olunub.
Qeyd edək ki, Gen Spector 2020-ci ildə dövlət işçisinə rüşvət verdiyinə görə saxlanılıb və 2022-ci ildə 3,5 il həbs cəzasına məhkum edilib və 2023-cü ilin avqustunda Spectora qarşı casusluqda şübhəli bilinərək məhkəmə işi açılıb.
Malik Atilay



