|
|
|
|

Belçikanın paytaxtı Brüsseldə evsizlərin sayının 10 minə çatdığı, lakin sığınacaqların sayının yetərli olmadığı və sərt qış şəraitində əlavə tədbirlərin görülməli olduğu bildirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Brüsseldə evsizlərə yardım üçün işləyən "Bruss'help" təşkilatının verdiyi açıqlamaya görə, təxminən 10 min evsiz Brüssel küçələrində yaşayır.
Ancaq şəhərdə yalnız 3250 nəfərlik təcili sığınacaq var.
"Bruss'help"in köməyi ilə fəaliyyət göstərən təşkilatlar sığınacaqların sayının artırılmasını istəyir. Qış tədbirləri çərçivəsində həyata keçirilən tədbirlərin bəzilərinin icrasına başlanılıb.
Mərkəzi şəhərdlərdən biri olan Schaerbeekdəki otel 104 çarpayılıq evsizlər üçün sığınacaq mərkəzinə çevrilib. Çarpayıların 14-də subay kişilər, 90-da isə ailələr yerləşdirilib.
Qida və geyim paylanması kimi xidmətlər Brüsselə bağlı 19 bələdiyyədən 12-də başlayıb.
"Bruss'help" vurğulayır ki, bunlar kifayət deyil və 3250 yerdən 1000-ə yaxını hazırda qaçqınlar üçün ayrılıb.
Qeyd edək ki, Belçikada evsiz insanları dondurucu soyuqdan qorumaq üçün "Həddən artıq soyuq plan" adlı bir hökumət tədbiri var, lakin bu, yalnız sıfırdan 4 dərəcə aşağı olan soyuq temperaturda aktivləşdirilir. Bu plan işə salındıqda yalnız 160 əlavə təcili sığınacaq yeri təmin edilir.
Malik Atilay



