|
|
|
|

BMT-nin baş katibi Antoniu Quterreş Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yayılan bəyanatda deyilir:
“Baş katib Qazaxıstanın qərbində bir çox insanın, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Rusiya Federasiyası vətəndaşlarının həyatına son qoyan təyyarə qəzası ilə bağlı xəbərdən dərin kədərlənib.
O, həlak olanların ailələrinə və zərər çəkmiş ölkələrə dərin hüznlə başsağlığı verir. Baş katib həmçinin bu faciəli hadisədən zərər görmüş insanların tezliklə və tam sağalmasını arzulayır”.
Qeyd edək ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” sərnişin təyyarəsi dekabrın 25-də Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
İbrahim Cəfərov



