|
|
|
|

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında Əl-Avda xəstəxanasına endirdiyi zərbə nəticəsində Fələstinin “Qüds” qəzetinin 5 jurnalisti həlak olub.
525.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Jurnalistlərin xəstəxananın yaxınlığında yerləşən Nuseyrat qaçqın düşərgəsində reportaj hazırladıqları bildirilib. Bu zaman onların mikroavtobusu vurulub.
İbrahim Cəfərov



