|
|
|
|

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin yaxınları ölkəni tərk etmək istəyərkən Livan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
525.az xəbər verir ki, bu barədə “An-Nahar” nəşri yazıb. Qeyd olunub ki, xüsusilə, söhbət Suriyanın keçmiş liderinin əmisi oğlu Dureyda Əsədin qohumlarından gedir. Onun həyat yoldaşı və qızının Livanı tərk etmək cəhdləri rədd edilib.
“Cümə günü Livan məhkəməsi Dureyda Əsədin həyat yoldaşı və qızının saxta xarici pasportlar aşkar etdikdən sonra həbs edilməsinə qərar verib. Dureyda Əsəd devrilmiş prezident Bəşər Əsədin əmisi Rifat Əsədin oğludur”, - nəşr əlavə edib.
Pərvanə Sultanova



