|
|
|
|

Yəmənin paytaxtı Səna şəhəri hava hücumlarına məruz qalıb.
525.az xəbər verir ki, bu barədə TASS “Ənsər Allah” (husilər) hərəkatındakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, şəhərdə güclü partlayışlar baş verib. Agentliyin həmsöhbətinin sözlərinə görə, hücumun hədəfi Yəmən paytaxtındakı beynəlxalq hava limanı və husilərin hərbi obyektləri olub.
Xatırladaq ki, daha əvvəl “Ənsər Allah”ın nümayəndələri Təl-Əvivin Ben-Qurion hava limanına hipersəs ballistik raket hücumu barədə məlumat vermişdilər. Əməliyyat əhali arasında itkilərə və hava limanında naviqasiyanın dayandırılmasına səbəb olmuşdu.
İbrahim Cəfərov



