|
|
|
|

Bu gecə Kuril adalarında 6,3 bal gücündə zəlzələ baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Yujno-Saxalinsk" seysmoloji stansiyanın rəisi Yelena Smirnova məlumat verib.
Zəlzələnin episentri Simuşir adasından 28 km məsafədə, Oxot dənizində qeydə alınıb. Zəlzələnin ocağı isə 160 km dərinlikdə yerləşib.
Yelena Smirnovanın sözlərinə görə, bölgədə sunami xəbərdarlığı edilməyib.
L.Tağıyeva



