|
|
|
|

Norveçdən Niderlanda uçan sərnişin təyyarəsi təcili eniş zamanı uçuş-enmə zolağından çıxıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Royal Dutch Airline KLM-dən verilən açıqlamaya görə, Oslo hava limanından Amsterdama qalxarkən yüksək səs eşidilən təyyarə Sandefjord hava limanına yönləndirilib.
Təcili eniş zamanı “Boeing 737-800” tipli təyyarə uçuş-enmə zolağından çıxaraq sürüşərək ot örtüyünə düşüb. Təyyarədə olan 176 sərnişin və 6 ekipaj üzvünə heç bir zərər dəymədiyi, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
Qeyd edək ki, Norveç mətbuatında çıxan xəbərlərə görə, təyyarə hidravlik sistemindəki nasazlıq səbəbindən təcili eniş edib.
Malik Atilay



