|
|
|
|

Türkiyənin şimal-qərbində yerləşən Kırklareli şəhərində uşaq oyuncaqları fabrikində güclü yanğın başlayıb.
525.az “Report” a istinadən xəbər verir ki, yanğının səbəbi hələ müəyyən edilməyib.
Hadisə yerinə yanğınsöndürənlər, AFAD xilasetmə, tibb işçiləri və jandarma briqadaları gəlib. Yanğınsöndürmə işləri davam edir.



