|
|
|
|

ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma Gürcüstana səfərini təxirə saldığını bildirib.
525.az “Report” a istinadən xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
"Uzun müddət düşündükdən və geniş müzakirələrdən sonra Gürcüstana səfərimi təxirə salmağı qərara aldım", - P.Kauma yazıb.



