|
|
|
|

Fələstin dövləti mütləq qurulacaq.
525.az “Report” a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
O bildirib ki, müstəqil, suveren və ərazi bütövlüyü olan Fələstin dövləti mütləq qurulacaq.
"Qəzza xalqının əziyyətini yüngülləşdirmək üçün tam səfərbərlik ruhu ilə çalışırıq, diplomatik təmaslarımız davam edir", - Ərdoğan vurğulayıb.



