|
|
|
|

Rusiyaya məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan az sonra texniki nasazlıq səbəbindən Misirə məcburi eniş edib.
525.az xarici mediaya əsasən xəbər verir ki, Misir Mülki Aviasiya Nazirliyindən verilən açıqlamada bildirilib ki, təyyarənin pilotu havaya qalxdıqdan 10 dəqiqə sonra mühərriklərdən birində texniki nasazlıq aşkarlandığını bildirib. Təyyarə yerli vaxtla 16.55-də hava limanına təhlükəsiz eniş edib.
Açıqlamada qeyd olunub ki, mütəxəssis qrupları nasazlığın səbəbini müəyyən etmək və lazımi təmir işləri aparmaq üçün prosesə başlayıb.
Malik Atilay



