|
|
|
|

Yaponiyanın Toyosu balıq bazarında 2025-ci ilin ilk hərracı keçirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hərracda ən çox marağa səbəb olan Oma limanında tutulmuş 276 kq-lıq göy tuna balığı olub.
Yekunda balıq 207 milyon yenə, yəni 1,3 milyon dollara satılıb.
Alıcının kimliyi açıqlanmır.
Qeyd edək ki, bu, hərracların qeydə alınmağa başlandığı 1999-cu ildən bəri ikinci göstəricidir. 2019-cu ildə Yaponiyada restoranlar şəbəkələrindən birinin sahibi 286 kq-lıq göy tuna balığına görə 3 milyon dollarından keçmişdi.
L.Tağıyeva



