|
|
|
|

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, hazırkı dövlət başçısı Co Bayden hakimiyyətin keçidini çətinləşdirmək üçün mümkün olan hər şeyi edir.
525.az xəbər verir ki, D.Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bayden misli görünməmiş məhkəmə çəkişmələri və bahalı, qəribə icra sərəncamları da daxil olmaqla, keçidi çətinləşdirmək üçün əlindən gələni edir... Qorxmayın, bu “fərmanlar” tezliklə aradan qaldırılacaq və biz yenidən sağlam düşüncəli, qüdrətli bir xalq olacağıq”, - deyə Tramp yazıb.
Xatırladaq ki, ötən il noyabrın 5-də keçirilmiş prezident seçkilərdə qələbə qazanan Donald Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.
İbrahim Cəfərov



