|
|
|
|

Qana Respublikası qondarma “Sədr”lə (Səhravi Ərəb Demokratik Respublikası) diplomatik münasibətləri dayandırmaq qərarına gəlib.
525.az xəbər verir ki, bu qərar Qana Respublikasının Xarici İşlər və Regional İnteqrasiya Nazirliyinin Mərakeş Krallığının Xarici İşlər, Afrika Əməkdaşlıq və Mərakeşli Qürbətçilər Nazirliyinə ünvanlanmış rəsmi sənədində bildirilir.
Sənəddə qeyd olunub ki, Qana Respublikası “diplomatik kanallar vasitəsilə Mərakeş Krallığı hökumətini, Afrika İttifaqını və Birləşmiş Millətlər Təşkilatını bu mövqe barədə dərhal məlumatlandırmaq qərarına gəlib”.
Eyni rəsmi sənəddə Qananın "Bütün tərəflərin iştirakı ilə qəbul edilən bir həllə nail olmaq üçün Mərakeş Krallığının göstərdiyi xoş niyyətli səylərə" dəstəyini ifadə edib.
Qana Respublikası 1979-cu ildə qondarma "Sədr"i tanımışdı. Kral VI Məhəmmədin Mərakeş Sahara məsələsinə verdiyi təkan səbəbiylə 2000-ci ildən bəri 46 ölkə, o cümlədən 13 Afrika ölkəsi sözdə "Sədr"lə əlaqələrini kəsib və ya dayandırıb.
Pərvanə Sultanova



