|
|
|
|

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili ABŞ-nin Arizona Universitetinin Makkeyn İnstitutunun Kissincer təqaüdçüsü olub.
525.az xəbər verir ki, bu barədə sözügedən institutun saytı məlumat yayıb.
Zurabişvili geniş diplomatik, liderlik və siyasi təcrübəsindən yeni seçkilərə və ölkəsinin demokratik inkişafına təkan vermək üçün istifadə edəcək.
Makkeyn İnstitutunun icraçı direktoru Evelin Farkas bildirib ki, keçmiş prezident siyasi cəsarət və dövlət idarəçiliyi ideallarını təcəssüm etdirir. O, həmçinin siyasətçinin Gürcüstanda demokratiyanı müdafiə etmək əzmini və dövləti demokratikləşdirmək üçün gələcək səylərini qeyd edib.
Xatırladaq ki, Salome Zurabişvilinin səlahiyyət müddəti ötən il dekabrın 29-da başa çatıb. Elə həmin gün Gürcüstanın yeni prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib.
İbrahim Cəfərov



