|
|
|
|

Cənubi Koreya lideri Kim Çen In hot-doq və boşanmanı qadağan edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kim Çen In qərb təamı olduğunu bildirməklə yanaşı, onun hazırlanmasını və yeyilməsini dövlətə xəyanət adlandırıb.
İndən belə ölkə ərazisində hot-doq hazırlayanlar və yeyənlər həbs olunacaqlar.
Yeri gəlmişkən, bundan başqa Kim Çen In boşanmanı da qadağan edib. Boşanan cütlüyü 6 aylıq həbs gözləyir. Xüsusilə, bu yasaq qadınlara daha baha başa gələ bilər. Onların həbs müddəti vəziyyətdən asılı olaraq 2 ilə kimi arta bilər.

L.Tağıyeva



