|
|
|
|

ABŞ prezidenti Co Bayden dövlət başçısı kimi sonuncu rəsmi səfərini ləğv edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Kaliforniyada davam edən meşə yanğınlarıdır.
Dünən fəlakət bölgəsinə yollanan Bayden vəziyyətlə yerində tanış olduqdan sonra İtaliyaya planlaşdırılan səfərini ləğv etdiyini bildirib.
Qeyd edək ki, yanvarın 7-də başlayan yanğın qısa zamanda böyük əraziyə yayılıb. Kaliforniya ştatında 100 minə yaxın insan evakuasiya edilib. Minlərlə tikili məhv olub. İlkin hesablamalara görə dəymiş ziyan 57 milyard dollara çatıb.
L.Tağıyeva



