Los-Ancelesdə meşə yanğınlarına səbəb olduğu güman edilən şəxs polis tərəfindən saxlanılıb.
525.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Los-Anceles Polis Departamentinin zabiti Şon Dins məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, şübhəli şəxsin saxlanılmasında yerli sakinlər polisə yardımçı olublar.
Yeri gəlmişkən, işi aparan müstəntiqlər yanğının qəsdən törədilməsi versiyasını daha inandırıcı hesab edirlər.
Qeyd edək ki, Los-Anceles prokuroru Natan Hoxman adı açıqlanmayan saxlanılanın günahı sübuta yetirilərsə, ömürlük həbs cəzasına məhkum oluna biləcəyini söyləyib.
L.Tağıyeva