BMT 2024-cü ili tarixin ən isti ili adlandırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının rəsmi nümayəndəsi Kler Nulis bildirib.
O qeyd edib ki, altı institutun ümumi məlumatları bunu təsdiqləyir.
K.Nulis vurğulayıb ki, ekspertlər qlobal dəniz şəbəkələrində gəmilərin müşahidə yerlərindən toplanan məlumatlardan, eləcə də Orta Mənzilli Hava Proqnozları üzrə Avropa Mərkəzinin, onun iqlim dəyişikliyi xidmətinin və Yaponiya Meteorologiya Agentliyinin məlumatlarından istifadə ediblər.
Xatırladaq ki, daha əvvəl meteoroloqlar bildiriblər ki, 2024-cü ilin yayı Şimal yarımkürəsində tarixin ən isti yayı olub və iyulun 22-də planetdə yüksək orta temperatur üzrə yeni rekord - 17,15 dərəcə Selsi qeydə alınıb.
İbrahim Cəfərov