|
|
|
|

Suriyanın yeni hakimiyyət orqanları ölkədə təhsilin pulsuz olmasına çalışır.
525.az-ın "Report" a istinadən verdiyi məlumata görə, bunu keçid hökumətinin təhsil naziri Nazir əl-Qadiri deyib.
"Hökumət təhsilin pulsuz olmasına çalışır - bu, hər bir suriyalının hüququdur. Biz Suriya xalqının istəklərinə cavab verən yeni təhsil layihəsi üzərində işləyirik", - o deyib.



