|
|
|
|
Yəməndə yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış azı 15 nəfərin həyatına son qoyub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Bayde əyalətinin Zaher rayonunda baş verib.
Partlayış zamanı 67 nəfərin xəsarət aldığı bildirilir. Onlardan 40-nın vəziyyəti ağırdır. Daha bir neçə nəfərin itkin düşməsi ehtimalı var.
Qeyd edək ki, səbəbi hələlik dəqiq bilinməyən partlayışda ölənlərin sayının artacağı istisna edilmir.
L.Tağıyeva